Rusiyada insanların kütləvi şəkildə peyvəndləmə prosesi başlayır.
Qadin.Net “RİA.ru”-ya istinadla xəbər verir ki, Moskva meri Sergey Sobyanin koronavirus əleyhinə peyvənd üçün elektron qeydiyyatın 4 dekabrda başlayacağını açıqlayıb:
"Moskvada peyvəndin bütün texnoloji və təşkilatçılıq zənciri qurulub. Xüsusi anbarlar seçilib, peyvəndlərin çatdırılması üçün soyuducu qablar hazırlanıb. Peyvənd məntəqələri sabah paytaxtda işə başlayacaq. Peyvəndləmə üçün pasport, icbari tibbi sığorta iş yerini təsdiqləyən bir sənəd lazımdır”.