Qadin.NET / ABŞ-da koronavirusdan rekord ölüm

ABŞ-da koronavirusdan rekord ölüm

Ötən sutka ərzində ABŞ-da 3157 nəfər COVID-19 infeksiyasının qurbanı olub.
Qadin.Net bildirir ki, bu barədə “RİA Novosti” Cons Hopkins Universitetinə istinadən məlumat yayıb.
Sözügedən rəqəmlər pandemiya dövrü üçün rekord say kimi yadda qalıb.
Ölkədə ümumilikdə 273 000 nəfərdən çox insan koronavirusdan ölüb.

3 dekabr 2020
GO BACK