Azərbaycanda koronavirusa (COVID-19) 4189 yeni yoluxma faktı qeydə alınıb, 2072 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 40 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 50989 nəfərdir.
Ölkədə son sutka ərzində 17609, hazırkı dövrədək isə 1781218 test aparılıb.
Ümumi ölənlərin sayı 1510 nəfərdir.
Ümumi yoluxanların sayı 133173 nəfər, ümumi sağalanların sayı 81234 nəfərdir.