Qadin.NET / Azərbaycan əsgəri ilə erməninin dialoqunu əks etdirən görüntülər yayıldı - ŞƏRHSİZ VİDEO

Azərbaycan əsgəri ilə erməninin dialoqunu əks etdirən görüntülər yayıldı - ŞƏRHSİZ VİDEO

 Qarabağda qanunsuz məskunlaşdırılmış, təhvil müddəti tamamlansa da, ərazilərimizdən çıxmamış bir erməni ilə azərbaycanlının dialoqunu əks etdirən görüntülər yayılıb.

Qadin.Net bildirir ki, görüntüləri Baku TV əldə edib.

Videodan aydın olur ki, azərbaycanlı hərbçi ürək yanğısı ilə erməniyə kəndlərimizi yandırdıqlarını deyir. Erməni isə cavabında onun bu işdə əli olmadığını, bunun “böyüklərin işi” olduğunu dilə gətirir.
Hərbçimizin cavabı isə çox yerindədir:

“Kəndlilərimizin hamısını öldürdünüz, evlərimizi yandırdınız. Sən düşmən olmaqdan əlavə, ermənisən. Siz həmişə bizə problem yaratmısınız. Sənin oğlun, sənin bacın oğlu kimiləri bizim əsgərlərimizi yaralayıb, şəhid edib.

Mənə qardaş demə, səndən mənə qardaş olmaz. Sən ermənisən. Sənə şans yaratmışıq, əşyalarını yığ, get”.


2 dekabr 2020
GO BACK