19 yaşlı şəhid Xətai Həsənovun yaşı az olsa da, ölümü ilə ən şəhidlik zirvəsinə ucalıb. Qorxub-çəkinmədən düşmənlə döyüşdü, Vətən torpaqlarını canından əziz tuttu. Şəhidimizin atası Xaliq Həsənov deyir ki, son görüşündə oğlu ondan hallalıq istəyib.
Xətai Həsənov 2001-ci ildə Tovuz rayonunun Qovlar qəsəbəsində dünyaya gəlib. 3 bacısından sonra evin tək oğlan övladı olub. Döyüşlər başlamazdan öncə hərbi xidmətə yollanıb. İkinci Qarabağ savaşına qatılaraq mərdliklə düşmənə qarşı vuruşub. Şəhidlik zirvəsinə ucalmazdan öncə Ağdarə, Cəbrayıl və Talış kəndi istiqamətində gedən döyüşlərdə iştirak edib. Ailəsi ilə sonuncu dəfə oktyabrın 30-u, yəni ölümündən bir gün öncə danışıb. Şəhid Xətai Həsənov anası Qabilə xanıma “mənimlə fəxr edəcəksiniz” deyib.
Şəhid Xətai Həsənovun anası deyir ki, oğlunun uşaqlıqdan hərbiyə həvəsi olub. Daima hərbi formalar geyinər, hər zaman hərbi sahəyə maraq göstərərdi. Lakin evin tək övladı olduğundan ailəsi onun hərbçi olmağına razı olmayıb.
Xətai Həsənov Ağdam rayonunun Qaraqoyunlu kəndində gedən döyüşlərdə öz komandirini xilas edən zaman qəhramancasına şəhid olub. Bu gün onunla nəinki ailəsi, bütün Azərbaycan xalqı fəxr edir.
Məlumat üçün bildirək ki, Xətai Həsənov son 30 ildə Tovuz rayonunun Qovlar qəsəbəsinin ilk şəhididir.