Qadin.NET / Qarabağ Müharibəsinin Xudayar dastanı - VİDEO

Qarabağ Müharibəsinin Xudayar dastanı - VİDEO

 Bərdədə dünyaya gələn 22 yaşlı şəhid Xudayar Müslüm oğlu Yusifzadə... Gizir şəhid İkinci Qarabağ müharibəsində, oktyabrın 22-də Zəngilanın Ağbənd qəsəbəsinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.

Məlahətli, ürəyəyatımlı səsi ilə oxuduğu “Vətən yaxşıdır” mahnısı ilə tanıdıq onu. Vətən torpağına ayaq basmanın xoşbəxtliyi gülən gözlərindən oxunurdu. Cəbhədə canı-qanı ilə vuruşan minlərlə vətən övladından biri idi gizir Xudayar Yusifzadə. Ölümündən əvvəl çəkilən görüntüləri ilə hər kəs sevdi onu.

22 yaşlı gənc doğulandan 24 gün sonra atasını itirib. Xudayar evin sonbeşiyi idi: üç qardaş, bir bacının ən kiçiyi. Atasız böyüyən Xudayarı nənə-babası himayəsinə götürür. Atasından qalan ev Xudayar hərbi xidmətdə olanda elektrik naqillərinin qısaqapanmasından yanaraq kül olduğundan kirayələrdə qalırdı. İşləmək üçün paytaxta yollanan Xudayar və ailəsi taleyin çətinlikləri qarşısında əyilməyib.

Daha ətraflı Baku TV-nin videoreportajında:

1 dekabr 2020
GO BACK