Qadin.NET / Erməni əsgər: “Mühasirəyə düşəndə komandirimiz orada yox idi”

Erməni əsgər: “Mühasirəyə düşəndə komandirimiz orada yox idi”

Ermənistan ordusunun müharibə zamanı başıpozuqluğuna dair daha bir fakt üzə çıxıb.

İkinci Qarabağ müharibəsinin iştirakçılarından olmuş, Azərbaycan ordusunun mühasirəsindən sağ çıxa bilmiş David Katanyan jurnalistlərə açıqlama verib:

“Bizim komandirimiz vardı, bizə hara getməli olduğumuzu demirdi. Nəticədə biz mühasirəyə düşdük. Dəstədə 12 nəfər idik, komandirimiz orada yox idi. Geri çəkilmək əmri də yox idi, bir təhər o mühasirədən çıxdıq. Təpənin üstündə hansısa generalın komandanı olduğu bir erməni bölməsi vardı. Onlardan kömək istədik, amma bunu ala bilmədik”.

David Katanyan onu da bildirib ki, müharibə zamanı onun qardaşı və üç dostundan xəbər yoxdur. Onlar sonuncu dəfə bir-birlərini Mehridə görüblər.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi müharibə zamanı öldürülmüş hərbçilər barədə məlumatları gizlədir. Bu isə erməni valideynlərin aksiyalar keçirməsinə səbəb olub.

1 dekabr 2020
GO BACK