“Bakıda bəzi küçə və prospektlərdə avtobusların sərbəst hərəkəti ilə bağlı çəkilən yeni zolaqlar üzrə yalnız ictimai nəqliyyat hərəkət edə bilər”.
Qadin.Net bildirir ki, bunu Real TV-yə açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, yolboyu müxtəlif üsullar vasitəsilə avtomobillərin sözügedən zolaqlara girməməsinə nəzarət ediləcək:
“İnzibati Xəta tərkibi yaranan faktlar qeydə alınsa, sürücülər məsuliyyətə cəlb edilə bilər”.