Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus müddətində yaxın təmasa dair yeni təlimatlar hazırlayır.
Qadin.Net bildirir ki, TASS agentliyi xəbər verir ki, bu barədə ÜST-ün Rusiyadakı nümayəndəsi Melita Vuynoviç məlumat verib.
M.Vuynoviç bildirib ki, əvvəl yaxın təmas qaydaları gün ərzində ayrı-ayrı vaxtlarında 15 dəqiqədən çox olmayaraq və iki metr məsafəyə riayət etməklə ünsiyyət nəzərdə tuturdusa artıq bu qaydalara yeni deyişikliklər gözlənilir.
O əlavə edib ki, tövsiyələrdəki dəyişikliklər ÜST-ün indi COVID-19 barədə daha çox məlumatlı olması ilə bağlıdır.