ABŞ-ın “Moderna” şirkəti koronavirus peyvəndinin üçüncü mərhələsində 94,1 faiz nəticə əldə edib.
Haberler.com-un məlumatına görə, ağır hallarda bu göstərici 100 faiz olub.
Sözügedən peyvəndinin hər hansı bir fəsadla qarşılaşmadığı və təcili istifadə icazəsi ilə bağlı müraciət olunacağı bildirilib.
“Moderna”nın təqdim etdiyi peyvənd 30 mindən çox insana tətbiq edilib. Onların 30-u ağır vəziyyətdə olsa da, peyvənd müsbət nəticə göstərib.