Rusiyanın Kamçatka bölgəsində vulkan püskürüb.
RT-nin məlumatına görə, Rusiyanın Vulkanologiya və Seysmologiya İnstitutu bununla bağlı kadrlar yayımlayıb.
Məlumata görə, Klyuçevskaya vulkanı yeddi kilometr hündürlüyə kül püskürüb.
Qeyd edək ki, bu, 24 saatda ikinci püskürmədir.
Aviasiya üçün narıncı təhlükə kodu (həmin ərazinin hava məkanında uçuşa qadağa) elan edilib.
Kül şleyfinin 45 kilometr şimal-şərqə yayıldığı bildirilir.