Qadin.NET / Azərbaycanda daha 31 nəfər koronavirusdan öldü: 2981 yeni yoluxma

Azərbaycanda daha 31 nəfər koronavirusdan öldü: 2981 yeni yoluxma

 Azərbaycanda koronavirusa (COVID-19) 2981 yeni yoluxma faktı qeydə alınıb, 1226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 31 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 44882 nəfərdir.
Ölkədə son sutka ərzində 10342, hazırkı dövrədək isə 1728577 test aparılıb.
Ümumi ölənlərin sayı 1392 nəfərdir.
Ümumi yoluxanların sayı 121176 nəfər, ümumi sağalanların sayı 74902 nəfərdir.

30 noyabr 2020
GO BACK