Koronavirus pandemiyası futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klublara da təsir edib.
Əsas çempionatda çıxış edən səkkiz komandanın hamısı bu problemlə üzləşib.
Futbolçularla yanaşı, məşqçilər və hətta klub əməkdaşlarının da testlərinin müsbət çıxması halına rast gəlinib.
Qadin.Net “Report” -a istinadən xəbər verir ki, indiyədək koronavirusa yoluxanların siyahısını təqdim edir:
“Qarabağ”: Qurban Qurbanov (baş məşqçi), Elvar Quliyev (tərcüməçi), Maksim Medvedev, Rahil Məmmədov, Musa Qurbanlı - hamısı aktiv xəstədir.
“Zirə”: Eltun Yaqublu (köməkçi məşqçi), Ali Sesay, Klesio Bauk - hər üçü sağalıb, Kərim Diniyev - aktiv xəstədir
“Neftçi”: Prins İbara, Emin Mahmudov, Mirabdulla Abbasov, Cabir Əmirli - hamısı sağalıb, Anton Krivotsyuk - aktiv xəstədir.
“Sumqayıt”: Səbuhi Abdullazadə - sağalıb.
“Keşlə”: Vüsal İsgəndərli, Rəhman Hacıyev, Stanislav Namaşko, Şəhriyar Əliyev - hamısı aktiv xəstədir.
“Sabah”: Ceyhun Nuriyev, Elşən Abdullayev, Abbas Ağazadə, Təmkin Xəlilzadə - hamısı sağalıb, Coşqun Diniyev, Yevgeni Koçuk, Xulio Sezar Rodriges - aktiv xəstələrdir.
“Səbail”: Mahir Ələsgərov (həkim) - sağalıb, Kamal Qurbanov - sağalıb, Əfran İsmayılov, Vüqar Bəybalayev, Mirsayib Abbasov, Elgün Nəbiyev, Kamran Ağayev, Rauf Əliyev - aktiv xəstədir
“Qəbələ”: Merab Giqauri, Ülvi İskəndərov, Ceyms Adeniyi, Rasim Ramaldanov, Yusif Nəbiyev, Ehtiram Şahverdiyev - hamısı aktiv xəstədir, Murad Musayev - sağalıb.
Beləliklə, indiyədək səkkiz klubdan 37 futbolçunun koronavirusa yoluxduğu açıqlanıb. Onlardan 24-ü aktiv xəstələrdir.