Hər kəsin “Qəqəni” ləqəbi ilə tanıdığı Razim Dəmirov İkinci Qarabağ Müharibəsində də iştirak edib.
1977-ci ildə anadan olan Dəmirov Razim Təbiət oğlu 1992-ci ilin yanvar ayında könüllü olaraq müharibəyə yollanıb.
O, 15 yaşında evdən qaçıb könüllü olaraq Gəncə batalyonuna qoşulduğuna görə oxuduğu məktəbdən qovulub. Gəncə batalyonu ilə birlikdə ağır döyüşlərdə iştirak edib.
O, həm də sentyabrın 27-dən başlayan İkinci Qarabağ Müharibəsinin də iştirakçısı olub.