Bütün dünyanı təsiri altına alan yeni koronavirus səbəbindən görkəmli şəxslərini itirən Serbiya Pravoslav Kilsəsi xüsusilə dəfn mərasimlərində epidemiya tədbirlərinə əməl edilməməsinin əvəzini ağır ödəyib.
Qadin.Net bildirir ki, “Haber Global”ın məlumatına görə, kilsə lideri İrininejin ölümü ilə kilsə başsız qalıb, minlərlə insanın qatıldığı cənazə mərasimləri, tədbirlərin düzgün bir şəkildə həyata keçirilməməsi (Ölmüş insanı öpmək) virusun yayılmasını artırıb.
O, koronavirusdan ölən Pravoslav Kilsəsinin Monteneqrodakı dini rəhbəri Amofilohijinin dəfn mərasiminə qatılmışdı.
Serbiya Prezidenti Aleksandr Vuçiç də Çernoqoriyada serblər üçün əhəmiyyətli din xadimi olan Amfilohijinin dəfn mərasimində iştirak edib. Onun da dəfn mərasimində karantin qaydalarına əməl edilməməsi diqqət çəkib. Dini liderləri ilə vidalaşmaq üçün kilsəyə axın edən insanlara ayinlərə uyğun olaraq eyni qaşıqla içkilər təklif edilib.
İrinejin dəfn mərasiminə rəhbərlik edən yepiskop Davidin də COVID-19-a yoluxduğu və xəstəxanaya yerləşdirildiyi açıqlandı. Kilsənin tanınmış şəxslərindən olan dini xadimlər Artemij, Milutin və baş keşiş Yosifov da koronavirusdan ölüb.
Bundan əlavə, bir çox yüksək rütbəli kilsə məmurunun bu virusa yoluxduğu da məlumdur.