Qadin.NET / Yaponiya səmasında xüsusi parlaqlığı olan meteorid partladı - VİDEO

Yaponiya səmasında xüsusi parlaqlığı olan meteorid partladı - VİDEO

Yaponiya səmasında qəribə görüntü insanlarda təəccüb yaradıb.
NHK telekanalı xəbər verir ki, qaranlıq səmada xüsusi parlaqlığı olan bolid “axıb”. Ardınca iz buraxan təbiət cismi Yerə yaxınlaşaraq səmada partlayıb.
Onun parlaqlığı aypara formasında olan Ayla da müqayisə edilib.
Bildirilir ki, parlaqlığına görə Veneranı geridə qoyan belə meteorid çox nadir hallarda görünür.
Qeyd edək ki, bolid parlaq meteoriddir. Bollidin uçuşu zamanı bəzən top atəşinə, ildırım gurultusuna bənzər səs çıxır.

30 noyabr 2020
GO BACK