Qadin.NET / Daha bir şəhidimiz Biləsuvarda dəfn edildi - FOTO

Daha bir şəhidimiz Biləsuvarda dəfn edildi - FOTO

Bu gün Biləsuvar rayonunda daha bir şəhid ilə vida mərasimi keçirilib.
Qadin.Net bildirir ki, “Report”un məlumatına görə, hərbi xidmət keçmiş və müqavilə əsasında işləyən hərbçi (MAXE) Xəlilzadə Əmrah İnqilab oğlu dəfn olunub.
Şəhidin dəfnindən əvvəl keçirilən vida mərasimində Biləsuvar rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon sakinləri və qohumları iştirak edib.
Mərasimdən sonra Ə.Xəlilzadə Biləsuvar şəhər qəbiristanlığında torpağa tapşırılıb. Onun tabutuna bükülmüş Azərbaycan bayrağı qardaşına təqdim edilib.
Allah rəhmət eləsin!
Daha bir şəhidimiz Biləsuvarda dəfn edildi - FOTO
29 noyabr 2020
GO BACK