Azərbaycanda koronavirusa (COVID-19) 4170 yeni yoluxma faktı qeydə alınıb, 1985 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 38 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 43158 nəfərdir.
Ölkədə son sutka ərzində 17581, hazırkı dövrədək isə 1718235 test aparılıb.
Ümumi ölənlərin sayı 1361 nəfərdir.
Ümumi yoluxanların sayı 118195 nəfər, ümumi sağalanların sayı 73676 nəfərdir.