Qadin.NET / Bakıda hər kəsin sevimlisi olacaq tikili: Akvaterrarium yaradılır

Bakıda hər kəsin sevimlisi olacaq tikili: Akvaterrarium yaradılır

 Bakı Zooloji Parkının ərazisində ilk dəfə böyük bir akvaterrarium yaradılacaq.
Bu barədə parkın direktoru Azər Hüseynov “Sputnik Azərbaycan”a müsahibəsində deyib:
“Hazıda akvaterrariumda işlər gedir. O, Moskvanın Avrasiya Zooparklar və Akvariumlar Assosiasiyasının üzvü olan “Aqua Logo” şirkəti tərəfindən inşa edilir. Məncə, çox gözəl olacaq. Akvaterrariumda timsahlar, kaymanlar, ilanlar, varanlar yaşayacaq. Sonradan fərqli balıq növləri üçün iki böyük akvarium tikilməsi planlaşdırılır”.
O qeyd edib ki, bu günə qədər Azərbaycanda bir dənə də olsun böyük akvarium olmayıb:
“Dəhliz şəklində xüsusi bir müşahidə bölməsi tikiləcək”.
Hüseynovun sözlərinə görə, yeni sakinlər yaxın vaxtlarda təmir olunmuş zooparkda məskunlaşmağa başlayacaqlar.
Yeni zooparkın inşasına hələ 2018-ci ildə IDEA İctimai Birliyinin dəstəyi ilə başlanıb.
Yenidənqurmanın təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

30 noyabr 2020
GO BACK