Qadin.NET / Diplomatik korpus nümayəndələri Tərtərdə Ermənistanın amansız hücumlarının fəsadları ilə tanış oldular - VİDEO

Diplomatik korpus nümayəndələri Tərtərdə Ermənistanın amansız hücumlarının fəsadları ilə tanış oldular - VİDEO

 Düşmənin Tərtərə atdığı “Smerç” mərmisi muzeyə təhvil verilib.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında qeyd edib.
O bildirib ki, oktyabrın 29-da Tərtərə atılan “Smerç” mərmisi şəxsi yaşayış evindən götürülərək yerli meriyanın muzeyinə verilib.
Hikmət Hacıyevin daha bir paylaşımı isə Tərtər rayonunun Şıxarx qəsəbəsindəndir.
“44 gün davam edən müharibə zamanı Ermənistan məcburi köçkünlər üçün inşa edilmiş bu binanı intensiv şəkildə atəşə tutdu. Diplomatik korpus Ermənistanın amansız raket və artilleriya hücumlarının nəticələrinin şahidi oldu”.

28 noyabr 2020
GO BACK