Könüllü olaraq cəbhəyə yollanan Kənan Kazımov Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralanıb. Başından qəlpə yarası alan qazinin nitqində qüsurlar yaranıb.
Qazimiz döyüş zamanı mühasirəyə düşdüklərini bildirir. O deyir ki, çətinliklə də olsa, mühasirədən çıxıblar. Hətta elə şərait yaradılıb ki, ermənilər öz qazdıqları quyuya özləri düşüb.
Qazinin atası Çinar Kazımov övladı ilə fəxr etdiyini bildirir. Torpaqlarımızın işğaldan azad olunmasını uzun illərdir gözlədiyini deyir.
Ana ürəyi daha həssas olurmuş. Nə qədər övladından uzaqda olsa da, Kənan Cəbrayılda yaralananda anası Səltənət xanım bunu hiss etdiyini deyir.
Ətraflı Baku TV-nin süjetində: