Erməni diasporunun sponsorluq etdiyi amerikalı jurnalist Patrik Lankaster Qarabağ və ətraf rayonlarda çəkdiyi təxribatyönümlü süjetlərlə qərəzli mövqeyini ortaya qoyur.
Qadin.Net Baku TV -yə istinadən xəbər verir ki, Kəlbəcərdə qədim Xudavəng Alban monastırında olan Lankaster ermənilərin burada son dini mərasimi keçirmələrini lentə alıb.
Jurnalist süjetdə məlumatları təhrif edərək, albanlara aid olan monastırı erməni kilsəsi kimi təqdim edib.
Ermənilərin bu kimi ucuz yalanlarını artıq dünya ictimaiyyəti qəbul etmir, “fake” tarixin əsassız olduğunu söyləməkdən çəkinmir.
Rusiyalı politoloq Tatyana Poloskova Baku TV-yə məsələ ilə bağlı müsahibə verərkən, alban kilsəsini mənimsəməyə cəhd edən erməniləri vəhşi adlandırıb.