Qadin.NET / Maksim Şevçenko: “Mən ədalətin tərəfindəyəm” - VİDEO

Maksim Şevçenko: “Mən ədalətin tərəfindəyəm” - VİDEO

 “Qarabağ münaqişəsi heç vaxt dayanmayıb, çünki çoxmillətli Azərbaycan xalqı heç zaman Azərbaycan ərazilərinin işğalı ilə barışmazdı”.

Tanınmış rusiyalı politoloq Maksim Şevçenko RTV1 kanalında jurnalist Tina Kandelakinin suallarını cavablandırarkən belə deyib.

Onun sözlərinə görə, Azərbaycanda yalnız oğuz türkləri deyil, yəhudilər, ruslar, ləzgilər, talışlar, tatlar, saxurlar, udinlər, avarlar, gürcülər və hətta ermənilər yaşayır.

M.Şevçenko Sovet İttifaqının dağılması dövründə Dağlıq Qarabağda azərbaycanlıların 25 faizinin yaşadığını, qalanların ermənilər olduğunu, lakin ermənilərin heç vaxt orada yaşamaq hüququnun əllərindən alınmadığına dair Prezident İlham Əliyevin sözlərindən misal çəkib.

M.Şevçenko bu konfliktdə ədalətin tərəfində olduğunu söyləyib.

“Ədalət isə Azərbaycanın tərəfindədir”, - deyə politoloq bildirib.

Politoloq Ermənistanın Baş naziri Nikol Paşinyanın Sovet İttifaqı sərhədlərinin heç bir əhəmiyyəti olmadığını, Heredotun və Kiçik Plininin təsvirlərinə istinad etməsini ağılsızlıq adlandırıb.

“Tiqranın idarə etdiyi Ermənistan heç vaxt olmayıb. Hazırda müasir Azərbaycan və Ermənistan var. Mən hesab edirəm ki, Alman xalqı Üçüncü Reyxin “Böyük Alman” ideyasından əziyyət çəkdiyi kimi, erməni xalqı da “böyük Ermənistan” adlandırılan çox təhlükəli və yalançı bir düşüncəsin girovuna çevrilib.

27 noyabr 2020
GO BACK