Fransanın Azərbaycandakı səfiri Zaxari Qross Report-a müsahibəsində Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnamə layihəsini qəbul etməsini şərh edib:
- Senatın dünən qəbul etdiyi, Fransa Xarici İşlər Nazirliyinin mövqeyinə zidd olan qətnaməni necə qiymətləndirirsiniz?
- Fransanın hökumət naziri Jan-Batist Lemuan hökumətin Senat qətnaməsinə baxış nöqtəsini açıqlayıb. Fransa hökumətinin mövqeyi dəyişməyib. Fransa “Dağlıq Qarabağ Respublikası”nı tanımır.
- Sizcə, bu, münaqişənin həllinin münaqişədən sonrakı mərhələsinə necə təsir göstərə bilər?
- Nazir Lemuanın qeyd etdiyi kimi, Senatın qərarı heç bir şəkildə Dağlıq Qarabağa təsir etməyəcək.
- Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir. Senatın bu qətnaməsi Fransanın vasitəçi kimi neytrallığını və balansı itirdiyini şübhə altında qoymurmu?
-Yox. Qətnamə Fransanın rəsmi mövqeyini dəyişdirmir. Fransa hökuməti Dağlıq Qarabağ nizamlanmasına tərəfsiz və balanslı yanaşmaya sadiqdir.