ABŞ prezidentliyinə demokrat namizəd Co Bayden prezidentliyinin ilk yüz günü üçün planlarını bölüşüb.
Onun sözlərinə görə, administrasiyası bu dövrü miqrasiya islahatı və koronavirusla mübarizəyə ayıracaq.
“11 milyondan çox sənədsiz insanın vətəndaşlıq alması üçün Senata immiqrantlarla bağlı qanun göndərəcəyəm”, - deyə o NBC-yə müsahibəsində bildirib.
Siyasətçi əlavə edib ki, ABŞ-ın hazırkı Prezidenti Donald Trampın onun fikrincə, ətraf mühitə və amerikalıların sağlamlığına zərər vuran bəzi fərmanlarını ləğv etmək niyyətindədir.