Qadin.NET / Semyon Peqovun yolunu gedən amerikalı jurnalist – VİDEO

Semyon Peqovun yolunu gedən amerikalı jurnalist – VİDEO

 Amerikalı jurnalist Patrik Lankaster müharibə başlayandan Qarabağda olub və ermənilərin dırnaq arası əzabları haqqında, çoxsaylı reportajlar çəkib.
Qadin.Net Baku TV-yə istinadən xəbər verir ki, müharibənin bitməsindən bir az əvvəl o, ABŞ-a qayıdıb, lakin bir müddət sonra ermənilərin ianələri sayəsində Qarabağa geri dönüb.

Bütün reportajlarında qərəzli mövqe nümayiş edən jurnalist yanlış məlumatlar verib. Amerikalı jurnalistin reportajının “qəhrəmanları” 30 ilə yaxın zəbt etdikləri yaşayış yerlərini tərk etmək məcburiyyətində qaldıqlarından şikayət edirlər. Amma bu evlərdə əvvəllər azərbaycanlıların yaşadığı barədə kimsə söz açmır.

Digər süjetdə isə jurnalist ermənilərin Kəlbəcərdə qanunsuz yerləşən hərbi bazasından danışıb.

Görünür ki, ermənilər bu dəfə təxribatı xarici jurnalistlərin əli ilə edirlər. Lakin müharibə artıq bitib və Azərbaycan öz ərazilərini geri alıb

25 noyabr 2020
GO BACK