Qadin.NET / Türkiyə MN: “Şanlı Ay-Ulduzumuz Azan sədaları ilə birgə Kəlbəcərdə dalğalanacaq”

Türkiyə MN: “Şanlı Ay-Ulduzumuz Azan sədaları ilə birgə Kəlbəcərdə dalğalanacaq”

 Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan ordusunun Kəlbəcərə daxil olması münasibəti ilə paylaşım edib.
Nazirliyin “Twitter” hesabından edilən paylaşımda qeyd olunur ki, Kəlbəcər əsl sahibləri ilə görüşür:
“Qəhrəman Azərbaycan ordusu Qarabağda əldə etdiyi böyük zəfərdən sonra əldə edilən razılaşmaya əsasən Ağdamdan sonra Kəlbəcərə daxil olub. Kəlbəcər 27 il sonra əsl sahibləri ilə görüşür. Şanlı Ay-Ulduzumuz indi də Azan sədaları ilə birgə Kəlbəcərdə dalğalanacaq”.


25 noyabr 2020
GO BACK