Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov Şahbulaq qalası barədə paylaşım edib.
O, bu barədə “Twitter” hesabında yazıb.
“Bu, 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli Xan tərəfindən inşa edilən, bu yaxınlarda azad edilmiş Ağdamda yerləşən Şahbulaq qalasıdır.
Şahbulaq ən yaxşı memarlıq müdafiə nümunəsi kimi tanınıb. Erməni işğalı zamanı dəyişikliyə məruz qalıb, divara xaç işarəsi quraşdırıldı”, - deyə A.Kərimov qeyd edib.