Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Füzuli şəhərinin erməni vandalizmi nəticəsində dağıdılmış Mədəniyyət Mərkəzindən bütün dünyaya sülh mesajı verib.
Bu barədə Hikmət Hacıyev “Twitter” hesabında paylaşım edib.
“Ermənistan tərəfindən Füzuli şəhərinin dağılmış Mədəniyyət Mərkəzinin qarşısındayıq.
Musiqinin gücü ilə dünyaya sülh və tolerantlıq mesajlarımızı göndəririk. “Ruh şəhər” Füzuli tezliklə firavanlıq və xoşbəxtlik şəhəri olacaq”, - deyə Prezidentin köməkçisi bildirib.