Qadin.NET / “Varlılar da ağlayır” serialının ulduzu vəfat etdi

“Varlılar da ağlayır” serialının ulduzu vəfat etdi

“Vəhşi gül” və “Varlılar da ağlayır” seriallarında rol alan meksikalı aktrisa Maleni Morales vəfat edib.
Qadin.Net bildirir ki, bu barədə “RİA Novosti” “Meksika Aktyorlarının Milli Assosiasiyası”na istinadən məlumat yayıb.
“Bu gün vəfat edən həmkarlar ittifaqımızın üzvü, həmkarımız Maleni Moralesin ölümündən dərin təəssüf hissi keçiririk”, - deyə assosiasiyadan bildirilib.
Aktrisanın ölüm səbəbi açıqlanmayıb, lakin onun uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkdiyi məlum idi.
Qeyd edək ki, M.Morales fəaliyyətə 1979-cu ildən başlayıb. Ona ən çox məşhurluq qazandıran “Varlılar da ağlayır”, “Kamila” və “Vəhşi gül” seriallarında ifa etdiyi rolları olub.

22 noyabr 2020
GO BACK