“Dünya gözəli-2003” yarışmasının qalibi Rozanna Devison əkiz uşaq dünyaya gətirib.
Qadin.Net REN TV-yə istinadən xəbər verir ki, 36 yaşlı model xoş xəbəri öz sosial şəbəkə hesabında pərəstişkarları ilə bölüşüb.
R.Devison yeni doğulan uşaqlarına Huqo və Oskar adını verib.
Qeyd edək ki, “Dünya gözəli-2003” müsabiqəsinin qalibi bundan öncə 14 dəfə ana olmağa hazırlaşsa da, nadir xəstəlik səbəbindən hamiləliyi yarımçıq qalıb.