Qadin.NET / “Haber Global” kanalı Ağdamın Cümə məscidindən reportaj hazırlayıb - VİDEO

“Haber Global” kanalı Ağdamın Cümə məscidindən reportaj hazırlayıb - VİDEO

 Türkiyənin “Haber Global” kanalının müxbirləri işğaldan azad edilən Ağdamın Cümə məscidində olublar.
Qadin.Net bildirir ki, müxbirlər, rayon işğaldan azad ediləndən sonra ilk dəfə azan oxunan və namaz qılınan Cümə məscidindən reportaj hazırlayıblar.
Reportyor bildirib ki, artıq rayon Azərbaycan ordusuna təhvil verilib və hazırda Ağdamda nəzarət tam olaraq Azərbaycan ordusunun əlindədir. O, əlavə edib ki, azərbaycanlı əsgərlər ilk olaraq Ağdamdakı Cümə məscidinə gəlib və cümə namazlarını da məsciddə qılıblar.
Müxbir qeyd edib ki, bu məscid Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edir və işğaldan sonra məscidin dağıntıya məruz qaldığı açıqca görünür.

21 noyabr 2020
GO BACK