Qadin.NET / Düşmənin talan etdiyi Ağdama ağac əkilir

Düşmənin talan etdiyi Ağdama ağac əkilir

Düşmənin talan etdiyi Ağdama ağac əkilir
Hazırda işğaldan azad olunmuş Ağdam rayonunun ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Ağdam Rayon İcra Hakimiyyətinin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirilir.

Nazirliyin mətbuat katibi İradə İbrahimova Oxu.Az-a bildirib ki, payız ağac əkini mövsümündə Azərbaycanın bütün bölgələrində olduğu kimi, işğaldan azad olunmuş ərazilərimizdə də müxtəlif cinsli ağaclar əkilir:

“Hazırda Ağdam rayonunun ərazisində əsasən, Xan çinarı və müxtəlif cinsli ağac tingləri əkilir. Eyni zamanda, palıd və digər meşəcinsli toxumlar səpilir”.

İ.İbrahimova qeyd edib ki, ETSN-nin ağacəkmə aksiyasına bütün qurumlar, ictimaiyyət nümayəndələri də böyük ruh yüksəkliyi və coşqu ilə qoşulub.

21 noyabr 2020
GO BACK