Rusiyanın Vladimir vilayətində itkin düşən yeddi yaşlı Saveli Roqovçev iki aydan sonra sağ-salamat tapılıb.
Bu barədə “112” “Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, o, məktəbdən qayıdarkən avtobusdan düşüb, ancaq evinə çatmayıb.
Savelinin axtarışına polislər, hərbçilər və könüllülər qoşulub. Ancaq nəticə verməyib.
Uşaq evinin 20 kilometrliyində tapılıb. Kömək gözlənilməz yerdən - Interpoldan gəlib. Onlar DİN-ə “darknet”də olan məlumatı ötürüblər. Orada deyilirdi ki, bir kişi evində bir uşağı zorla saxlayır. Sonradan bu məlumatlar öz təsdiqini tapdı.
Uşaq oğurluğu ilə əlaqədar 26 yaşlı Dmitri Kopılov saxlanılıb. Uşaq onun evinin zirzəmisindən çıxarılıb.
Saveli artıq valideynlərinə təhvil verilib.