Cənubi Koreya Səhiyyə Nazirliyinin sözçüsü Yun Te Ho paytaxt Seulda COVID-19-un üçüncü dalğasının başladığını bildirib.
Qadin.Net bildirir ki bu barədə “The Korea Herald” nəşri məlumat yayıb.
“Biz hesab edirik ki, oxşar vəziyyət fevral-mart və avqust aylarında müşahidə edilib, indi isə Seul şəhərinin ərazisində üçüncü infeksiya dalğası davam edir”, - deyə Səhiyyə Nazirliyinin sözçüsü bildirib.
Qeyd olunur ki, səhiyyə orqanları regionlarda virusla mübarizənin effektivliyini artırmaq üçün sosial məsafənin səviyyəsinin tənzimlənməsi ilə bağlı bələdiyyə orqanlarına tövsiyələr verib.