Qadin.NET / Qarabağda Qurumlararası Humanitar Mərkəz öz fəaliyyətinə başlayıb

Qarabağda Qurumlararası Humanitar Mərkəz öz fəaliyyətinə başlayıb

 Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev Xankədidə Qurumlararası Humanitar Yardım Mərkəzinin fəaliyyətə başlaması barədə məlumat verib.
Qadin.Net “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, mərkəzin əsas vəzifələri daimi yaşayış yerlərini tərk etmiş vətəndaşların geri qaytarılması, mülki infrastrukturun bərpasına kömək göstərilməsi, əhalinin normal həyatı üçün şəraitin yaradılması, Rusiya dövlət orqanlarının və təşkilatlarının hərbi əməliyyatların aparıldığı ərazilərin sakinlərinə humanitar yardımın göstərilməsindən ibarətdir.

“Mərkəz həmçinin Azərbaycan və Ermənistanın dövlət qurumlarına beynəlxalq humanitar təşkilatlarla qarşılıqlı əlaqələrin təşkilində yardım edəcək”, deyə M. Mizintsev söyləyib.

20 noyabr 2020
GO BACK