Qadin.NET / Ağdamı tərk edən ermənilər vəhşiliklərindən qalmırlar - VİDEO

Ağdamı tərk edən ermənilər vəhşiliklərindən qalmırlar - VİDEO

 Azərbaycanın işğaldan azad olunan Ağdam rayonunu tərk edən ermənilər Kəlbəcərdə olduğu kimi evləri, mağazaları, meşələri yandırırlar.
“Sputnik” Ermənistan bu barədə reportaj hazırlayıb.
Ağdamın Boyəhmədli kəndində yaşadığı evi və ərzaq dükanını yandıran Armen adlı kişi “bunları türklər üçün saxlamayacağam” deyir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında imzalanmış bəyanata əsasən, Ermənistan 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonunu boşaltmalı olsa da, bu proses noyabrın 25-dək uzadılıb.
Ermənistan Ağdam rayonunu 2020-ci il noyabrın 20-dək, Laçın rayonunu isə 2020-ci il dekabrın 1-dək Azərbaycana qaytarmalıdır.

19 noyabr 2020
GO BACK