Qadin.NET / Azərbaycanda karantin rejiminin sərtləşdirilməsi ilə bağlı XƏBƏRDARLIQ

Azərbaycanda karantin rejiminin sərtləşdirilməsi ilə bağlı XƏBƏRDARLIQ

 “Koronavirusdan ölən şəxslərin sayının artması pis vəziyyətdir. Son günlər Azərbaycanda gündəlik koronavirusa yoluxmalar iki mini ötüb. İyun-iyul aylarında gündəlik yoluxma 600-ün üstündə idi və səhiyyə sistemi ciddi yüklənmişdi”.
Qadin.Net-in verdiyi məlumata görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, bu gün iki mindən yuxarı yoluxmalarla mübarizə aparırlar:

“Səhiyyə sistemi yüklənir. Bu günə qədər görülən işlər, yeni modul xəstəxanaların açılması nəticəsində xəstələrə lazımi xidmət göstərilir. Xəstəlik sayı artsa, tibbi xidmətin keyfiyyəti bizim üçün əsasdır. Amma saylar çox önəmlidir. Bizim ölkəmiz bu cür yükün altında ciddi əziyyətə düşür. Unutmamalıyıq ki, biz bu gün müharibədə vuruşmuş əsgərlərə xidmət edirik”.

O qeyd edib ki, bu xəstəliklə mübarizədə karantindən başqa uğurlu bir yol yoxdur:

“Ayrı-ayrı regionlarda lokal sərtləşməyə getmək istəyirik, amma bu effektli nəticə vermədi”.

19 noyabr 2020
GO BACK