Koronavirus xəstəsi olan ukraynalı ona təyin edilən oksigen limitini oğluna bağışlayıb. Nəticədə kişi özü vəfat edib.
Qadin.Net bildirir ki, bu barədə Lenta.ru xəbər yayıb.
Məlumatda Kiyev xəstəxanalarında COVID-19-un ağır xəstələrini müalicə etmək üçün kifayət qədər oksigen qatılaşdırıcının olmadığı vurğulanıb. Cihaz çatışmazlığı səbəbindən hər xəstəyə gündə 15 dəqiqə oksigenlə nəfəs almağa icazə verilir.
Ata da gündə ona ayrılan 15 dəqiqəsindən oğlu üçün keçib. Nəticədə kişi ölüb, oğlunun müalicəsi isə davam edir.