Azov dənizinin sahilindən bir qrup gənc içərisində məktub olan şüşə butulka tapıblar.
Qadin.Net bildirir ki, “Telegram” kanalı bununla bağlı görüntüləri yayımlayıb.
Məktubdan aydın olur ki, müəllifi doqquz yaşlı Yaroslavdır. Butulka dənizdə doqquz günlük səyahətdən sonra sahilə çıxıb.
Bir cümləlik kağız parçasında isə “Qoy bu il tez bitsin” arzusu yazılıb.
“Hər kəsin arzusunun yazıldığı məktub” adı altında paylaşılan kadrlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.