Qadin.NET / Hikmət Hacıyev: “Ermənilər mülki əhaliyə qarşı əldəqayırma raket sistemlərindən istifadə edib”

Hikmət Hacıyev: “Ermənilər mülki əhaliyə qarşı əldəqayırma raket sistemlərindən istifadə edib”

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Füzuli rayonuna səfər edib.
H.Hacıyev bu barədə öz “Twitter” səhifəsində məlumat yayıb.
H.Hacıyev ANAMA nümayəndələrinin Füzuli rayonunda əldəqayırma raket qurğularını təmizlədiyi ərazilərdə olub.
Prezidentin köməkçisi Ermənistan ordusunun mülki əhalinin sıx yaşadığı kəndlərə qarşı əldəqayırma raket qurğularından istifadə etdiyini vurğulayıb.
H.Hacıyev əlavə edib ki, oxşar silahlar əsasən Suriyada istifadə olunub.

18 noyabr 2020
GO BACK