Qadin.NET / Təhsil nazirindən məktəblərin bərpası ilə bağlı AÇIQLAMA

Təhsil nazirindən məktəblərin bərpası ilə bağlı AÇIQLAMA

“İşğaldan azad olunan ərazilərimizə qayıdış kompleks bərpa tələb edir. Çünki işğal altında olan ərazilərimizdə infrastruktur tamamilə yerlə-yeksan edilib. Həmin ərazilərdəki məktəblərin bərpası planlı şəkildə olacaq”.
Qadin.Net-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “ATV Aktual” proqramında bildirib.
Onun sözlərinə görə, yaxın gələcəkdə cəbhə bölgəsində yerləşən məktəblərdə tədrisin bərpa edilməsi üzrə işlər aparılır:
“Növbəti illərdə məktəblərə aid xüsusi proqramların həyata keçirilməsi reallaşdırılacaq”.

18 noyabr 2020
GO BACK