Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabının bloklanması məsələsinə aydınlıq gətirib.
O, bununla bağlı gecə saatlarında bərpa edilən “Twitter” hesabında paylaşım edib.
H.Hacıyevin sözlərinə görə, hesabı erməni lobbi dairələrinin şikayəti əsasında fəaliyyətini dayandırıbmış:
“Əziz dostlar, erməni lobbi dairələrinin şikayəti əsasında fəaliyyəti dayandırılmış “Twitter” profilimin bərpası üçün göstərdiyiniz qəti dəstəyə görə hər birinizə təşəkkür edirəm.
Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi, “Biz Birlikdə Güclüyük”. Mübarizəmiz davam edir!”