Qadin.NET / Putin: “Birgə monitorinq mərkəzinin harada yerləşəcəyinə Azərbaycan özü qərar verəcək”

Putin: “Birgə monitorinq mərkəzinin harada yerləşəcəyinə Azərbaycan özü qərar verəcək”

“Azərbaycan onun suveren ərazisində birgə monitorinq mərkəzinin harada yerləşəcəyini özü müəyyən edəcək”.
Qadin.Net bildirir ki, “RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiya lideri Vladimir Putin deyib.
“Birgə monitorinq mərkəzi Azərbaycanın suveren ərazisində yerləşəcək. Azərbaycanın müstəqil qərar vermək hüququ var. Haranı məqsədə uyğun bilsə, orada yerləşdiriləcək”, - deyə V.Putin bildirib.
O, əlavə edib ki, Rusiya-Türkiyə mərkəzi onlayn rejimdə Qarabağdakı vəziyyətə nəzarət üçün pilotsuz uçuş aparatlarından istifadə edəcək.
“Biz pilotsuz uçuş aparatlarından istifadə edəcək birgə mərkəz yaradacağımız barədə razılığa gəlmişik. Birlikdə bu təyyarələrin köməyi ilə təmas xətti boyunca vəziyyətə nəzarət edəcəyik, birlikdə məlumat alacağıq, birlikdə təhlil edəcəyik və buna görə hazırda həqiqətən baş verənlərdən nəticə çıxaracağıq”, - deyə Rusiya lideri bildirib

17 noyabr 2020
GO BACK