Qadin.NET / Rusiyada peyvənd edilmiş tibb işçisi koronavirusa yoluxdu

Rusiyada peyvənd edilmiş tibb işçisi koronavirusa yoluxdu

Rusiyanın Ulyanovsk əyalətində koronavirusa qarşı “Sputnik V” vaksinasiyasından keçmiş tibb işçisinin COVID-19 testi müsbət nəticə verib.
Qadin.Net bildirir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Qurumdan bildirilib ki, sözügedən hal koronavirusa qarşı peyvənd edilmiş tibb işçilərinin müşahidəsi müddətində ilk fakt olub. Yoluxmaya səbəb ilk inyeksiyadan sonrakı bir həftə ərzində koronavirusa qarşı immunitetin yaranmaması olub.
Qeyd edilir ki, immunitet yalnız peyvəndin ikinci inyeksiyasından sonra formalaşa bilər.

18 noyabr 2020
GO BACK