Qadin.NET / Hulusi Akardan Qarabağda Rusiya-Türkiyə hərbi birləşmələrinin fəaliyyəti ilə bağlı AÇIQLAMA

Hulusi Akardan Qarabağda Rusiya-Türkiyə hərbi birləşmələrinin fəaliyyəti ilə bağlı AÇIQLAMA

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Türkiyə-Rusiya hərbi birləşmələrinin Qarabağdakı birgə fəaliyyəti ilə bağlı açıqlama verib.
Bu barədə “Trthaber” məlumat yayıb.
H.Akar qeyd edib ki, Rusiya tərəfi ilə danışıqlar baş tutub və bu istiqamətdə işlər davam etdirilir.
Türkiyə ilə Rusiya arasında anlaşma memorandumunun imzalanması məsələsinə toxunan Türkiyənin müdafiə naziri söyləyib ki, Rusiyadan geniştərkibli texniki heyət Türkiyəyə səfər edib, onlarla danışıqlar aparılıb və hazırda qarşılıqlı iş davam etdirilir.

17 noyabr 2020
GO BACK