Qadin.NET / Putindən Qarabağ razılaşması ilə bağlı AÇIQLAMA

Putindən Qarabağ razılaşması ilə bağlı AÇIQLAMA

 Rusiya Federasiyasının Prezidenti Vladimir Putin BRICS qrupuna (beş sürətlə inkişaf edən ölkədən ibarət olan qrup) daxil olan həmkarları ilə təmasında Dağlıq Qarabağ ətrafında cərəyan edən son hadisələrə toxunub.
O qeyd edib ki, hazırda əldə olunmuş razılaşmalara riayət olunur və münaqişə zonasındakı vəziyyət stabilləşir.
Qadin.Net bildirir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
“Rusiya tərəfi iki dövlət arasındakı düşmənçiliyin dayandırılmasına kömək etmək və onları kompromisli həllər tapmağa təşviq etmək üçün ən aktiv səylərini göstərdi.
Vasitəçiliyimiz nəticəsində 9 noyabrda tam atəşkəs və Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi barədə razılaşmalar əldə edildi”, - deyə videokonfrans vasitəsilə keçirilən görüşdə çıxış edən Rusiya Prezidenti bildirib.

17 noyabr 2020
GO BACK