Azərbaycanda koronavirusa (COVID-19) 2075 yeni yoluxma faktı qeydə alınıb, 1139 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 20 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 21259 nəfərdir.
Ölkədə son sutka ərzində 13213, hazırkı dövrədək isə 1536434 test aparılıb.
Ümumi ölənlərin sayı 1005 nəfərdir.
Ümumi yoluxanların sayı 79158 nəfər, ümumi sağalanların sayı 56894 nəfərdir.