“Moskva ümid edir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin ardından BMT-nin qurumları da humanitar problemlərin həllinə qoşulacaq”.
Qadin.Net bildirir ki, “RİA Novosti” agentliyi xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov jurnalistlər qarşısında çıxış edərkən söyləyib.
“Mən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsini, Humanitar İşləri Koordinasiya Bürosunu nəzərdə tuturam. Dağlıq Qarabağda mədəni irsin qorunması məsələsi mövcuddur. Burada UNESCO öz rolunu oynaya bilər”, - deyə S.Lavrov qeyd edib.
Rusiyalı diplomat bildirib ki, BQXK uzun müddətdir bölgədə mövcuddur və onun təcrübəsi digər təşkilatlar üçün də faydalı ola bilər.