Şuşanın azad edilməsindən öncə Daşaltı kəndinin alınması zamanı, düşmən bayrağını endirən əsgər “Daşaltı Qartalı” ləqəbli qazimiz Əmanət Ağaşovdur.
Qadin.Net Baku TV-yə istinadən xəbər verir ki, Sabirabad sakini olan 23 yaşlı cəngavərimiz hərbi xidməti başa vurduqdan sonra 2017-ci ildən yenidən ordu sıralarına yazılıb. O vaxtdan milli ordumuzun tərkibində təlimlər keçən qazimiz sentyabrın 27-dən Qarabağımızın azadlığı uğrunda başlayan döyüşlərə qatılıb.
Yaralanmasına baxmayaraq, yenidən orduya qayıdan Əmanət Ağaşov, ona əmanət olunan üçrəngli bayrağımızı Daşaltı kəndinə sancıb.